Bakıda gözəllik salonundan cüzdan oğurlayan qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

İstinadlar Report