Bakıda bu səhər zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından “Koroğlu” metro stansiyasına gedən yolda bir “VAZ 2101”, bir “VAZ 2106”, bir “Hyundai”, iki “Mercedes” markalı avtomobil və yük maşını toqquşub.
Hadisə nəticəsində yolda qısamüddətli tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.