
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.
Bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, nəticədə də Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.
Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.