Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.

Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Ə.Mikayılovanı və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report