Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəcəfova Nəsibə Əliağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

İstinadlar Report