Paytaxtın Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, nəticədə metronun ” 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi Rəşid Behbudov küçəsi Mərkəzi Bankın qarşısında qeyd alınıb.