Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, “Kukla” teatrının yanında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

İstinadlar Report