Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yanğın olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kv.m sahədə məişət və təkər tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo