Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə bildirib.
“Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub”, – diplomat yazıb.
O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun “Uşaqların düşüncələri” sərgisinin baş tutduğu qeyd edib. “Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub”, – səfir vurğulayıb.
Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.
“Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək”, – o nəql edib.