Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 45 kvadrat metr olan mənzilin mətbəxində məişət tullantıları 3 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İstinadlar Qafqazinfo