Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 460 kvadrat metr olan ikimərtəbəli mansard tipli evin zirzəmisində bir ədəd kondisioner, bir ədəd televizor və üç ədəd xalça yanıb.

Yüksək temperaturdan divar 5 kvadrat metr sahədə qarsalanıb və iki ədəd elektrik sobası əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.

İstinadlar Qafqazinfo