Hüquqşunas İlqar Musayev hücuma məruz qalıb. Bu iddia ilə “Qafqazinfo”ya vəkilin özü bildirib.

Onun sözlərinə görə, hadisə Şamil Əzizbəyov 88 ünvanında baş verib:

“Bu gün səhər saat 11 radələrində ofisdən sənədləri götürüb məhkəməyə getməliydim. Maşınımla ofisin həyətinə girəndə düz girişdə bir avtomobilin yolu bağladığını gördüm. Maşının kimə aid olduğunu soruşdum. Bir nəfər ona aid olduğunu dedi. Maşını çəkməsini istəsəm də, bunu etmədi. dedi, çekmirəm. Səbəbini soruşdum, əlini cibinə salıb üzərimə hücum çəkdi. Ətrafdakılar olmasa, bəlkə də cibindəki nə idisə çıxarıb vuracaqdı. 102 xidmətinə xəbər vermişəm. 21-ci polis bölməsində izahat vermişəm, təhqiqat gedir. 
Polis bu gün hadisə yerinə baxış da keçirdi”. 

Qeyd edək ki, 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

İstinadlar Qafqazinfo