Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından kdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.

İstinadlar Report