Bakı Ekspo Mərkəzində 10-12 iyun 2025-ci il tarixlərində “II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” keçiriləcək.
Bu barədə “Report”un Türkiyə bürosuna Türk Dövlətləri Təşkilatının (TDT) nəzdində fəaliyyət göstərən Ticarət Sərgisindən məlumat daxil olub.
Bildirilib ki, sərgi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında sənaye, sərmayə, texnologiya və xidmətləri artırmaq və bu ölkələrdən böyüyərək dünyanın digər bölgələrinə də bu xidmətlərin satışını asanlaşdırmaq məqsədi daşıyır. Bu, iş dünyasında Türk dövlətlərinin ən böyük toplantısı və ticarət forumudur.
Yarmarka zamanı 20-dən çox istiqamət üzrə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək. Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş adamlarının problemləri, onların həlli ilə bağlı təkliflər və digər aktual mövzularda ekspertlərin iştirak etdiyi konfranslar da ekranda yayımlanacaq.