“Bakı şəhərinin 12 rayonunda təxminən 50-55 %-ə qədər mərkəzləşdirilməmiş kanalizasiya şəbəkəsi var. Orada formalaşan tullantı suları sututarlara və Xəzər dənizinə istiqamətlənib”.

Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib. O qeyd edib ki, problemin köklü sürətdə həlli üçün vəsait qoyulmalıdır.

Agentlik sədrinin sözlərinə görə, Bakının və digər rayonların tullantı sularının idarə olunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayon mərkəzlərində və insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana ilə birgə kanalizasiya sistemləri qurulub. Lakin bu, yetərli deyil:

“Bakının müxtəlif qəsəbələrində kanalizasiya şəbəkəsinin olmaması mövcud olan göllərin əhatə dairəsinin artmasına, atmosferin, torpaqların çirklənməsinə səbəb olur. Məqsədimiz tam şəkildə kanalizasiya şəbəkəsinin qurulması, təmizləyici qurğu komplekslərinin yaradılmasıdır. Əsas hədəfimiz həmin komplekslərdə formalaşan  tullantı sularının təkrar xammal, su dövriyyəsi kimi istifadə olunmasıdır”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo