
Bakıda ticarət mərkəzindən 1 000 manatlıq geyim əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Belə ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1 000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.