Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin 2 tələbəsi-17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.

İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qida Təhlükəsizliyi Agentliyi Bakıda 2 tələbənin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumata münasibət bildirib:

“Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi – Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt təsdiqini tapmayıb.

Belə ki, adı çəkilən şəxslər 2022-ci il 23 iyun tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər. Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Həkim tərəfindən “kəskin qastrit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar”.

Nizam Rza

İstinadlar Qafqazinfo