Bakıda qətl törətməkdə təqsirləndirilən Rabil Qasımova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 4-ü saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı, 1982-ci il təvəllüdlü Bəhruz Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstinadlar Report