Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən supermarketlərdən birinin müdiri ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib.

Məlumata görə, Dadaş Bünyadzadə küçəsində yerləşən “Rahat” supermarketin rəhbəri, 1983-c il təvəllüdlü Y.A. işlədiyi yerə gələn şəxsin onu hədələdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, marketə gəlmiş 1977-ci il təvəllüdlü R.Əlizadə onu təhqir edib və öldürəcəyini deyib.

Marketlər şəbəkəsinin məsul əməkdaşının 102-yə müraciətindən sonra o, ərazi üzrə 29-cu Polis Şöbəsinə dəvət edilib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo