Bakı şəhərinin Nizami rayonunda yerləşən soyuducu təmiri sexində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 m² olan birmərtəbəli sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstinadlar Qafqazinfo