Bakının Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin həyətində Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, Azərbaycanın Milli Qəhrəmanı gizir Tahir Əminağa oğlu Bağırovun, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədovun, Denis Aleksandroviç Əliyevin, Toğrul Daşqın oğlu Ağalarlının, Orxan Zöhrab oğlu İsmayılovun və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər şəhidlərin döyüş yolundan danışıblar, onlarla bağlı xatirələrini bölüşüblər.

İstinadlar Report