Bakıda diplomatik korpusdan oğurluq edilib

Məlumat görə, Əfqanıstanın Azərbaycandakı səfiri Spelanay Xeyrullah polisə müraciət edərək bildirib ki, Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasından oğurluq olub.

Belə ki, səfirin iş otağının stolunun siyirməsindən 35 255 dollar və 59 933 manat pul oğurlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

İstinadlar Qafqazinfo