
Bakıda Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” ilə bağlı tvinninq layihəsinə yekun vurulub.
Tvinninq layihəsi üzrə müşavir Gintaras Lapinskas büdcəsi 2,5 milyon avro təşkil edən və üç mərhələdə həyata keçirilən tvinninq layihəsi üzrə təşkil edilən təlimlərdə 199 nəfərin iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin vəziyyəti ilə bağlı hesabatın hazırlanması və Aİ-nin qida gigiyena qanunvericiliyi ilə yaxınlaşma kontekstində boşluqların təhlili həyata keçirilib.
Layihənin ikinci mərhələsində müfəttişlərin 10%-i pestisid qalıqları, qida məhsulları ilə təmasda olan materiallar, qida əlavələri və çirkləndiricilər, habelə müvafiq rəsmi nəzarət tədbirləri ilə bağlı Aİ-nin hüquqi bazası və qanunvericiliyinin icrası ilə bağlı təlim keçib .