Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birindən oğurluq olub. 

Hadisə ötən gün qeydə alınıb. Rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanı olmayan “Mercedes” markalı avtomobil qaçırılıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

İstinadlar Qafqazinfo