Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.

Sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-mərtəbəsinin eyvanında məcərlərə söykənib. Lakin məcərlər qırılıb və nəticədə B. Umudov yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

İstinadlar Report