
Ötən həftə Azərbaycanda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.
Bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açıqlayıb.
“Ötən həftə Bakıda Əfqanıstanla bağlı konfrans baş tutdu. Bu tədbirdə Yaxın Şərq, Böyük Avrasiya ölkələrinin yüksəksəviyyəli nümayəndələri iştirak edib. Orada Suriyanın xüsusi xidmət orqanının rəhbər şəxslərindən biri də vardı və onunla çox konstruktiv və səmimi görüş oldu”, – deyə Narışkin qeyd edib.
Qeyd edilib ki, S.Narışkin aprelin 17-18-də sözügedən konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.