Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

99-TD-698 dövlət nömrə nişanlı avtomobil Yüsif Səfərov küçəsi ilə hərəkətdə olarkən bu zaman Mehdi Mehdizadə küçəsində hərəkətdə olan motosikletçi işıqforun qırmızı işığında yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Motosiklet sürücüsünün kimliyi hələ ki məlum olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

İstinadlar Report