Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadəyə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

İstinadlar Report