
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün gecə saatlarında Xəzər rayonun Şağan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi – qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirib.
Dərhal Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Məlumata görə, xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.
Xəzər RPİ-nin tərəfindən araşdırma aparılır.