Dekabrın 7-də saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən V.Fətəliyevin qardaşı Bayram Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

İstinadlar Report