Bakıda kişi bir bacısını öldürüb, digərini yaralayıb. Hadisə Xəzər rayonunda baş verib.

1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Buzovna qəsəbəsində yaşayan  bacısı, 1964-cü təvəllüdlü Səəadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovu bıçaqlayaraq xəsarətlər yetirib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29.120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hadisə yeri müayinə olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstinadlar Qafqazinfo