AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Təhsil işçiləri Fəxri xiyabanı ziyarət etdi
  • Gömrük əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
  • Bu antivirus istifadəçiləri izləyir
  • Xalq artisti xəstəxanalıq oldu
  • “Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək
  • İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)
  • Bu yollarda məhdudiyyət olacaq
  • 90 yaşlı qadının boğazından yapışıb pul istədi
  • Mercedes-Benz Azərbaycanda yeni satış şərtlərini açıqladı
  • İmişlidə vurulan piyada qəzada öldü
  • Xalq artisti xəstəxanalıq oldu
  • “Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək
  • 90 yaşlı qadının boğazından yapışıb pul istədi
  • Gürcüstanda yenə ara qarışdı, 16 nəfər saxlanıldı
  • Rusiya Azərbaycana maral əti ixrac edəcək
  • Prezident ailəsi Heydər Əliyevin məzarını ziyarət edib – FOTOLAR
  • Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək
  • DSMF bu rayonlar üzrə pensiya alanlara müraciət etdi
  • “Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
  • Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO
  • “Yollarımız çox tez ayrıldı…”
  • “Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib
  • “Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi
  • “iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir
  • BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub
  • Nigerdə silahlılarla hərbçilər arasında atışmada 127 nəfər öldürülüb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda qanunsuz ət satışı ən çox bu rayonlardadır – Video
04/01/2019 22:22
İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)
12/12/2019 14:57
Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO
12/12/2019 14:12
Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO
12/12/2019 11:22
“Xalq Heydər söyləyəcək” mahnısını bu dəfə uşaqlar oxudu – VİDEO
12/12/2019 10:42
Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı – Video
11/12/2019 08:54
Hamilə xanımı üçün etdiyi hərəkətlə gündəm oldu – Fotolar+Video
10/12/2019 21:17
Yanğınla bağlı son vəziyyət – Fotolar – VİDEO
10/12/2019 11:03
FHN helikopterdən çəkilən görüntüləri yaydı – Video
10/12/2019 10:37
“Eurohome”dakı yanğından – Fotolar+Video
10/12/2019 09:47
Türk professorun Bakıdakı çıxışı qalmaqal yaratdı – Video
09/12/2019 22:59
İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı – Video
09/12/2019 18:12
Poroşenkonu yumurtaya tutdular – VİDEO
08/12/2019 23:42
Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var – VİDEO
08/12/2019 18:47
Rafael Dadaşovun xəstəxanadan videosu
07/12/2019 11:17
Abbas Səhhətin kirayələrdə yaşayan 94 yaşlı nəvəsi – Video
07/12/2019 10:52
“Prado”nun sürücüsü özünü çətinə saldı – Video
06/12/2019 16:02

Video xəbərlər

  • İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)
  • Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO
  • Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO
  • “Xalq Heydər söyləyəcək” mahnısını bu dəfə uşaqlar oxudu – VİDEO
  • Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı – Video

Sorğu

  • Sorğu arxivi

Xəbər Lenti

12/12/2019
16:02 Təhsil işçiləri Fəxri xiyabanı ziyarət etdi
15:57 Gömrük əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
15:32 Bu antivirus istifadəçiləri izləyir
15:17 Xalq artisti xəstəxanalıq oldu
14:59 “Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək
14:57 İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)
14:52 Bu yollarda məhdudiyyət olacaq
14:42 90 yaşlı qadının boğazından yapışıb pul istədi
14:27 Mercedes-Benz Azərbaycanda yeni satış şərtlərini açıqladı
14:19 İmişlidə vurulan piyada qəzada öldü
14:14 Gürcüstanda yenə ara qarışdı, 16 nəfər saxlanıldı
14:12 Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO
13:56 Rusiya Azərbaycana maral əti ixrac edəcək
13:46 Prezident ailəsi Heydər Əliyevin məzarını ziyarət edib – FOTOLAR
13:37 “Əminəm ki, onun ruhu şaddır…”
13:17 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
12:52 “YAP səlahiyyətli nümayəndələrin adını MSK-ya təqdim edib”
12:39 Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək
12:37 DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
12:32 Hindistanda iğtişaşlarla əlaqədar Assam ştatına uçuşlar ləğv olunub
11:52 DSMF bu rayonlar üzrə pensiya alanlara müraciət etdi
11:47 Riskli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı – Fotolar
11:42 Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi olub, 5 nəfər ölüb
11:27 “Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
11:22 Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO
11:17 İcra Hakimiyyətinin maşını qəza törətdi – Foto
10:42 “Xalq Heydər söyləyəcək” mahnısını bu dəfə uşaqlar oxudu – VİDEO
10:32 “Yollarımız çox tez ayrıldı…”
10:17 “Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib
10:02 Bu da YAP-ın seçkidəki nümayəndələri – Siyahı
09:47 37 yaşlı kişi spirtli içkidən zəhərləndi
09:42 YAP-ın Qax Qadınlar Şurasının sədri vəfat etdi
09:37 “Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi
09:34 “iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir
08:32 BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub
07:02 Nigerdə silahlılarla hərbçilər arasında atışmada 127 nəfər öldürülüb
05:47 Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı
05:27 Rumıniya prezidenti 12 nəfəri dövlət mükafatlarından məhrum edib
04:57 “Instagram”da nasazlıq yaranıb
04:42 Rasionunuzda həmişə olmalı 3 super məhsul
04:02 Britaniyada parlament seçkiləri keçiriləcək
03:47 Lujkovun ölüm səbəbi dəqiqləşdi
03:37 Tramp ABŞ-da antisemitizmlə mübarizə haqqında fərman imzalayıb
02:17 ÇL-də 1/8 finala adlayan bütün komandalar
01:17 Rusiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var
01:07 Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
00:35 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
00:32 Heydər Əliyevin vəfatından 16 il keçir
11/12/2019
23:52 Londonda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb
23:27 FED uçot dərəcəsini sabit saxlayıb
22:17 Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb
21:42 Putin və Ərdoğan Suriyanı müzakirə edəcəklər
21:12 Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
20:47 İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
20:32 Avropa Komissiyası “Yaşıl strategiya”sını təqdim edib
20:03 ‘Suallarınızı yeni parlamentdəkilərə verərsiz’ – Arif Rəhimzadə küsüb
19:46 Fransa ölkədə minimum pensiyanı 1000 avroya qaldırır – Pensiya yaşı isə 62 qalacaq
19:37 Mayk Pompeo: “Liviyada münaqişənin həllində Rusiya ilə birgə çalışmaqda maraqlıyıq”
19:32 Hazırlıqdan çıxıb evə gedirlərmiş
19:27 Baş Prokurorluq Sarkisyana qarşı ittihamı geri götürmədi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda qanunsuz ət satışı ən çox bu rayonlardadır – Video

Multimedia 04/01/2019 22:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Ölkədə ət və ət məhsullarının dövriyyəsi ilə bağlı neqativ halların qarşını almaq üçün ciddi tədbirlər görüləcək.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışının qarşının alınması məqsədilə nəzarət gücləndiriləcək.

Qalib Əbdüləliyev müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə müasir standartlara uyğun heyvan kəsimi və satışı məntəqələrinin yaradılması istiqamətində işlərin davam etdirildiyini də bildirib. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər.

Şöbə müdiri qanunsuz ət kəsimi və satışı ilə bağlı ən çox qayda pozuntusunun paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında aşkarlandığını bildirib. Buna görə də nəzarət tədbirlərinə ilkin olaraq həmin rayonlardan başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxumağa dəyər:   Baş Prokurorluq Sarkisyana qarşı ittihamı geri götürmədi

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

Multimedia 12/12/2019 14:57
Paylaş Whatsapp Twitter Facebook A+ A-

ABŞ-ın “Sarcos Robotics” şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq ağırlığı hiss etməyə imkan verən “Guardian XO” ekzoskeletinin seriyalı versiyasını təqdim edib.

Şirkət ekzoskeletin yaradılmasına bir neçə il sərf edib. Massiv konstruksiya kəmər və xüsusi jilet vasitəsilə insana bərkidildikdən sonra robot insanın hərəkətlərini təkrarlamağa başlayır. Mütəxəssislərin sözlərinə görə, robot və insan arasında səylərin nisbəti 20:1 təşkil edə bilər. “Guardian XO” elektromotorlar vasitəsilə hərəkətə gətirilən çoxlu bölmələrdən ibarətdir. Onların işi həm mexaniki, həm də proqram baxımından məhdudlaşdırılıb.

Robotun əl-ayaqlarındakı qarmaqları görülən işdən asılı olaraq dəyişdirmək mümkündür. Robotun akkumulyatorunun işləmə müddəti 2 saata bərabərdir. Zərurət yarandıqda batareyanı asanlıqla əvəzləmək olar. İş prosesi zamanı enerji kəsiləndə isə robotun əlləri qəflətən yox, yavaş-yavaş aşağı salınacaq.

“Sarcos Robotics” şirkəti ekzoskeleti illik 100 min dollar olmaqla icarəyə verməyi planlaşdırır.

Nizam Nuriyev

İstinadlar ict news
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO

Multimedia 12/12/2019 14:12
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Rusiyanın şimalındakı Murmansk şəhərindəki tərsanədə təmir edilən təyyarə daşıyan kreyserdə baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 1-nin vəziyyəti ağırdır.

Yerli qurumlardan verilən məlumata görə, yanğın gəminin enerji qurğusunda aparılan qaynaq işləri zamanı qığılcımdan dizel yanacağının alışması səbəbindən başlayıb və 120 kvadratmetr sahəyə yayılıb.

Hadisə yerinə yanğın xidmətinin üç bölməsi cəlb edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO

Multimedia 12/12/2019 11:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

“Apple” şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan “Mac Pro” kompüterinin, eləcə də “6K” təsvir ölçülü 32 düymlük “Pro Display XDR” monitorlarının satışına başlayıb.

Yeni “Mac Pro” fərdi kompüteri nüvə sayı 28 təşkil edən “Intel Xeon” prosessorları ilə təchiz edilib. Operativ yaddaş tutumu 1,5 terabayta bərabərdir. Kompüterə 4 ədəd “Radeon Pro Vega II” videokartı quraşdırmaq mümkündür. Qurğu, həmçinin 8 daxili “PCI” slotu, iki “Thunderbolt” portu, iki “USB=А” portu, iki “Ethernet” portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz olunub. Kompüterin ən qabaqcıl konfiqurasiyası “8К” təsvir ölçülü 3 və “4К” formatlı 12 videonun eyni anda göstərilməsini dəstəkləyir.

“Pro Display XDR” monitoru 6016*3384 piksel təsvir ölçüsünə malikdir. Quraşdırılmış ventilyasiya sistemi monitora maksimal 1000 kandel kvadratmetr parlaqlıqla fasiləsiz işləməyə imkan verir, displeyin parlaqlıq səviyyəsi isə 1000000:1 təşkil edir. Monitordan ayrılan altlıq ekranın mailliyini və dönməsini tənzimləməyə imkan verir. Bir “Mac Pro” kompüterinə eyni anda 6 “Pro Display XDR” monitoru qoşmaq olar.

Oxumağa dəyər:   Uşaqlarını döyən ata həbs edildi, ögey ana isə... - Rəsmi açıqlama

Kompüterin 8 nüvəli “Intel Xeon” prosessoru, “Radeon 580x” videokartı və “256 GB SSD” ilə təchiz edilən əsas versiyasının qiyməti 5999 dollara bərabərdir. “6K” formatlı displeyin ən ucuz versiyasının qiyməti 4999 dollardır. Beləliklə, fərdi kompüter və monitorun daxil olduğu ən ucuz dəstin qiyməti 11 min dollara çatır. “Mac Pro” kompüterinin ən bahalı versiyası 52 599 dollardır.

Nizam Nuriyev

İstinadlar ict news
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Xalq Heydər söyləyəcək” mahnısını bu dəfə uşaqlar oxudu – VİDEO

Multimedia 12/12/2019 10:42
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Heydər Əliyev Fondu Ümummili lider Heydər Əliyevin anım günü ilə bağlı videoçarx hazırlayıb.  

Ekran işində uşaqlar məşhur “Xalq Heydər söyləyəcək” mahnısını ifa ediblər. 

Sözügedən layihənin çəkilişləri Heydər Əliyev Mərkəzində baş tutub.  

Xatırladaq ki, həmin bəstənin sözləri Kamala, musiqisi Baba Vəziroğluya məxsusdur. 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı – Video

Multimedia 11/12/2019 08:54
Paylaş Whatsapp Twitter Facebook A+ A-

ABŞ-ın “Nike” idman kompaniyası müsəlman qadınlar üçün çimərlik geyimi (“kupalnik”) hazırlayıb.”Victory Swim” kolleksiyası 2020-ci il fevralın 1-dən bütün firma mağazalarında satışa çıxarılacaq.

Tamamilə bağlı çimərlik kostyumu və ayrıca üzmək üçün nəzərdə tutulmuş hicab tez quruyan parçadan hazırlanıb, hansı ki, həm də günəşdən qoruyur.

Qeyd edək ki, 2017-ci ildə kompaniya müsəlman qadınlar üçün idman hicabı buraxmışdı. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Hamilə xanımı üçün etdiyi hərəkətlə gündəm oldu – Fotolar+Video

Multimedia 10/12/2019 21:17
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Çinin Heilonqjianq şəhər sakini xəstəxanada hamilə həyat yoldaşı üçün etdiyi jesti ilə dünya gündəminə çevrilib.

Müayinə olunmaq üçün həkim qəbulunu gözləyən qadın yorulduğundan əyləşmək istəyib. Ancaq bütün yerlərin tutulduğunu görən qadın çıxılmaz vəziyyətdə qalıb. Bu zaman isə onun köməyinə əri çatıb.

Əyilərək həyat yoldaşı üçün stul rolunu oynayan kişi qısa zamanda dünyanın müxtəlif yerlərində müzakirə olunmağa başlayıb və onun bu addımı alqışlanıb.

 




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Yanğınla bağlı son vəziyyət – Fotolar – VİDEO

Hadisə 10/12/2019 11:03
Paylaş Whatsapp Twitter Facebook A+ A-

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

verilən məlumata görə, tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədilə Fövqəladə hallar nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.

Məmmədov










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

FHN helikopterdən çəkilən görüntüləri yaydı – Video

Hadisə 10/12/2019 10:37
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğından yeni görüntülər yayıb.

Azərbaycan 24 helikopterdən çəkilən görüntüləri təqdim edir:

InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Eurohome”dakı yanğından – Fotolar+Video

Multimedia 10/12/2019 09:47
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində başlayan yanğın hələ də davam edir.

“Qafqazinfo” yanğından fotoları təqdim edir:



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Türk professorun Bakıdakı çıxışı qalmaqal yaratdı – Video

Multimedia 09/12/2019 22:59
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Noyabrın 27-də Bakıda keçirilən “Elm, din və fəlsəfə” adlı konfransda çıxış edən dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin professoru Cəlal Şengör tələbələrlə söhbəti əsnasında birmənalı qarşılanmayan fikirlər səsləndirib.

Professor tələbələrin “Sizcə, türklər modern çağda niyə cahil buraxıldı” sualına professorun cavabı belə olub:

” Xeyr, türklər cahil buraxılmadı. Türklər cahil qaldılar, özləri özlərini cahil etdilər. Ən cahil türklər müsəlman türklərdir. Müsəlmanlara qoşulduqları zaman İslamiyyətin XI əsrdəki tənəzzülü türkləri də özü ilə sürüklədi və xüsusilə mənim fikrimcə, Osmanlı dövləti Türk tarixinin ən aşağı nöqtəsidir. Yəni osmanlılar nə təhsilə əhəmiyyət verdilər, nə də başqa şeyə”.

Cəlal Şengörün sözləri sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı – Video

Multimedia 09/12/2019 18:12
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bakıda atası və ögey anası tərəfindən işgəncələrə məruz qalan Hüseyn və Qulunun nənəsi Tamaşa İbrahimova açıqlama verib.

“Qafqazinfo”ya danışan qadın nəvələrinin başına gətirilənlərdən söz açıb.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Əkbərov isə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.  Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”. 

Tural Hüseynli

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Poroşenkonu yumurtaya tutdular – VİDEO

Multimedia 08/12/2019 23:42
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Kiyevin mərkəzində keçirilən etiraz aksiyalarında iştirak edib.

Bu barədə UNİAN bildirib.

Qeyd edilir ki, ölkənin keçmiş lideri aksiya iştirakçıları qarşısında tribunada çıxış edib. Ukraynanın dövlət himninin ifasından sonra Poroşenko “Yaşasın Ukrayna!”, – deyib.

Bundan sonra kütlə içindən səhnəyə yumurtalar atılıb. Yumurtalardan biri keçmiş prezidentin həyat yoldaşına dəyib. Səhnəyə atılan ikinci yumurtanı isə “Avropa həmrəyliyi” partiyasından olan deputat tutub.

Bundan sonra Poroşenko kütləyə çağırış edərək yumurtaları atmış şəxsi tapmaqla bağlı müraciət edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var – VİDEO

Multimedia 08/12/2019 18:47
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Keniyada xilasedicilər uçmuş altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri xilas edə bilib.

Bu barədə yerli “Citizen TV” telekanalı bildirib.

Hadisə Nayrobidəki Embakasi dairəsində baş verib. Hadisə zamanı 7 nəfər həlak olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin məlumatında bildirilir ki, uçqun zamanı daha 11 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, binanın uçması inşa prosesindəki qüsurlara görə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyatın başlanğıcından 35 nəfər xilas olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Rafael Dadaşovun xəstəxanadan videosu

Multimedia 07/12/2019 11:17
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov indiki vəziyyəti barədə danışıb.

Xəstəxanada açıqlama verən tanınmış aktyor bildirib ki, müalicəsi davam edir:

“Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

İstinadlar Lent
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Abbas Səhhətin kirayələrdə yaşayan 94 yaşlı nəvəsi – Video

Multimedia 07/12/2019 10:52
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Azərbaycanın dahi şairi, dramaturq, eyni zamanda həkim olmuş Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı ötən ay tamam olub.

Q. Mehdiyeva şairin qız nəvəsidir. Daha doğrusu, sağ qalan yeganə qızı Dostuxanımın. O biri qızı Ruqiyyə sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.

Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır. Bir vaxtlar evləri olsa da, gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir:

“İndi 7-ci evdir dəyişirəm bu qoca vaxtımda. O evdən bu evə, bu evdən o evə köçürəm. Amma istəyirəm haqq dünyasına getmək üçün öz evim olsun. Çox arzulayıram o evi…”

InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Prado”nun sürücüsü özünü çətinə saldı – Video

Multimedia 06/12/2019 16:02
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb.

Heydər Əliyev prospektində – “ASK Arena” stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib. 

Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb. Hərəkəti davam etdirə bilməyən sürücü digər hərəkət iştirakçılarından kömək istəyib.

Hadisənin videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Həmçinin baxın

Multimedia 12/12/2019 14:57

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

Read more
Multimedia 12/12/2019 14:12

Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO

Read more
Multimedia 12/12/2019 11:22

Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb – VİDEO

Read more
Multimedia 12/12/2019 10:42

“Xalq Heydər söyləyəcək” mahnısını bu dəfə uşaqlar oxudu – VİDEO

Read more
Multimedia 11/12/2019 08:54

Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı – Video

Read more
Multimedia 10/12/2019 21:17

Hamilə xanımı üçün etdiyi hərəkətlə gündəm oldu – Fotolar+Video

Read more
Hadisə 10/12/2019 11:03

Yanğınla bağlı son vəziyyət – Fotolar – VİDEO

Read more
Hadisə 10/12/2019 10:37

FHN helikopterdən çəkilən görüntüləri yaydı – Video

Read more
Multimedia 10/12/2019 09:47

“Eurohome”dakı yanğından – Fotolar+Video

Read more
Multimedia 09/12/2019 22:59

Türk professorun Bakıdakı çıxışı qalmaqal yaratdı – Video

Read more
Multimedia 09/12/2019 18:12

İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı – Video

Read more
Multimedia 08/12/2019 23:42

Poroşenkonu yumurtaya tutdular – VİDEO

Read more
Multimedia 08/12/2019 18:47

Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var – VİDEO

Read more
Multimedia 07/12/2019 11:17

Rafael Dadaşovun xəstəxanadan videosu

Read more
Multimedia 07/12/2019 10:52

Abbas Səhhətin kirayələrdə yaşayan 94 yaşlı nəvəsi – Video

Read more
Multimedia 06/12/2019 16:02

“Prado”nun sürücüsü özünü çətinə saldı – Video

Read more
Multimedia 06/12/2019 12:17

Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb – VİDEO

Read more
Multimedia 04/12/2019 18:22

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Read more
Multimedia 04/12/2019 16:57

Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Read more
Multimedia 04/12/2019 13:57

Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Read more
Multimedia 03/12/2019 12:27

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

Read more
Multimedia 03/12/2019 12:14

Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Read more
Multimedia 02/12/2019 14:42

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

Read more
Multimedia 02/12/2019 14:00

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO

Read more
Multimedia 02/12/2019 09:52

Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar

Read more
Multimedia 01/12/2019 22:22

Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video

Read more
Multimedia 01/12/2019 04:52

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

Read more
Multimedia 30/11/2019 17:22

“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video

Read more
Multimedia 30/11/2019 13:32

Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video

Read more
Multimedia 30/11/2019 11:23

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video

Read more
Multimedia 29/11/2019 12:49

“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO

Read more
Multimedia 28/11/2019 20:09

Angela Merkel konfransda yıxılıb – VİDEO

Read more
Multimedia 28/11/2019 15:47

“Azərenerji” Romada qızıl mükafat aldı – Video

Read more
Multimedia 27/11/2019 16:02

FHN dəm qazıyla bağlı müraciət yaydı – Video

Read more
Multimedia 26/11/2019 11:17

Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər – Video

Read more
Multimedia 26/11/2019 01:32

Aksiyanın keçirildiyi küçədə şam edən Zurabişvili fitə basıldı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2019 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla