Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsə ittiham elan olunmaqla onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstinadlar Report