Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkarlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov “Qafqazinfo”ya bildirib ki, faktla bağlı hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilmiş, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

İstinadlar Qafqazinfo