Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İstinadlar Qafqazinfo