AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Rusiya və Türkiyə ortaq qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələrə başlayıb
  • Bakıda evdə yanğın olub
  • Sumqayıtda idarənin anbarından oğurluq olub
  • Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü oldu
  • Tanınmış nevroloq vəfat etdi
  • “Heydər Əliyev-100” yubiley medalının yaradılması Milli Məclisin işlər planına daxil edilib
  • İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutuldu
  • Türkiyədə avtobus qəzaya uğrayıb, 25 nəfər yaralanıb
  • Paşinyan erməni qadınların orduya cəlb ediləcəyini bildirir
  • İtaliya və Fransa Ukraynaya HHM sistemləri üçün raketlər göndərmək niyyətindədir
  • Rusiya və Türkiyə ortaq qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələrə başlayıb
  • Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü oldu
  • Tanınmış nevroloq vəfat etdi
  • Paşinyan erməni qadınların orduya cəlb ediləcəyini bildirir
  • İtaliya və Fransa Ukraynaya HHM sistemləri üçün raketlər göndərmək niyyətindədir
  • Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı
  • Türkiyənin XİN başçısı: “Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”
  • Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
  • Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi
  • Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb
  • Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
  • Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”
  • Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin hərəkətinə şərait yaradılıb
  • ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”
  • BMT Baş katibi İsraildəki terror aktını pisləyib
  • “Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO
23/01/2023 12:45
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
28/01/2023 10:30
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
28/01/2023 09:32
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO
27/01/2023 23:09
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
27/01/2023 21:31
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
27/01/2023 20:23
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
27/01/2023 18:04
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
27/01/2023 15:40
“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video
27/01/2023 13:47
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video
26/01/2023 21:20
Daha 34 qazi polisdə işə qəbul edildi
26/01/2023 15:30
Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video
25/01/2023 22:52
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video
25/01/2023 18:04
“Azərsu” xəbərdarlıq etdi – Video
25/01/2023 16:44
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
25/01/2023 15:20
“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video
25/01/2023 11:14

Video xəbərlər

  • Yaralılar Bakıya belə gətirildi – Video
  • Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
  • Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
  • “Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

30/01/2023
05:47 Türkiyə Prezidenti: “İsveç terrorçuları təhvil verməsə, bizi qınamasın”
05:14 Aİ-nin ali nümayəndəsi: “Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq”
04:41 Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub
04:14 Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”
03:56 ABŞ dövlət katibi: “İrana qarşı hərbi əməliyyatlar istisna deyil”
03:23 Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”
02:08 Ərdoğan: “Xalq həm namizədliyimi irəli sürəcək, həm də məni seçəcək”
01:56 Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
01:29 Hindistanda nazir polis tərəfindən güllələnib
00:56 Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb
00:28 XİN: “Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb”
00:26 Cəlilabadda yol qəzasında iki qadın xəsarət alıb
00:20 Ukrayna tankerləri Rusiyaya qarşı döyüşə hazırlıq üçün Britaniyaya gedib
00:05 Beyləqanda minik avtomobili Yuxarı Qarabağ kanalına aşıb, ölənlər var
00:02 “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə ayrı-ayrılıqda baxa bilər”
29/01/2023
23:56 Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib 
23:26 Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”
23:11 Xələf Xələfov: “Müvafiq orqanlarımızda səfirlikdəki cinayətlə bağlı lazımi qədər tutarlı sübutlar var”
23:02 XİN: “İrandakı vətəndaşlarımızın yardıma ehtiyacı olsa, Təbrizdəki konsulluğumuza müraciət edə bilərlər”
22:59 Xələf Xələfov: “Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq”
22:53 Yaralılar Bakıya belə gətirildi – Video
22:47 Azərbaycanın XİN başçısının müavini: “Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”
22:41 Xələf Xələfov: “Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, insanların təhlükəsizliyinin təminatı İranın üzərinə düşür”
22:32 Nazir müavini: Azərbaycan dövlətinin mövqeyi və tələbləri İran səfirliyinin nəzərinə çatdırılıb”
22:29 Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb
22:23 Su kanalına aşan maşında ölənlərin kimliyi məlum oldu – Fotolar +
22:13 Xələf Xələfov: “İran terror aktı və ağır nəticələri ilə  bağlı məsuliyyət daşıyır”
22:11 Təxliyə təyyarəsi Bakıya çatdı
22:05 “İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”
21:56 “Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi” – Xələf Xələfov
21:08 Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşanıb, izləyicilər təxliyə edilib
20:59 Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi
20:43 Xankəndi-Laçın yolu: etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
20:41 Qəbələdə kişi skeleti aşkarlanıb
20:29 İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır
20:11 “Azərbaycan başda olmaqla, dünyada sülhə töhfə verməyə davam edirik”
20:02 Bayraktar: “ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər”
19:28 İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib  
19:26 Bu tarixdən smartfonları xaricdən belə gətirəcəksiniz
19:08 İran zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır – Fotolar
19:05 Türkiyəli nazir: “Ankara İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirməsini gözləyir”
18:56 Akar: “Azərbaycanlı qardaşlarımızla regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışırıq”
18:44 TÜRKSOY-un baş katibi: “Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayıram”
18:29 Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır
18:20 Goranboyda küçədən körpə meyiti tapıldı
18:05 Beyləqanda maşın su kanalına aşdı, ölənlər və yaralı var – Fotolar
17:58 Şaxtalı hava Əfqanıstanda 170 nəfərin həyatına son qoyub
17:56 Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
17:50 Türkiyə XİN Avropa ölkələrinə səfər edən vətəndaşlara xəbərdarlıq edib
17:47 Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
17:38 Sabah yollar buz bağlayacaq
17:29 “Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırıq”
17:20 Qərb kəşfiyyatı: “İsfahan şəhərinə dron hücumu uğurlu olub”
16:56 Ermənistanda Rusiya hərbi bazasının qarşısında yenidən aksiya keçirilib
16:50 Orxan Əsgərovun nəşi Bakıya gətirilir
16:41 Vaksinasiya ilə bağlı son vəziyyət
16:35 Bu gün neçə nəfər yoluxub?
16:26 Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”
16:20 Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib
16:17 Fransada bir gündə 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Hadisə 23/01/2023 12:45
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Bakıda evdə yanğın olub

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Multimedia 28/01/2023 10:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Multimedia 28/01/2023 09:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.

TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.

Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Multimedia 27/01/2023 23:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.

Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Multimedia 27/01/2023 21:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.

Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.

“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Multimedia 27/01/2023 20:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.

Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.

Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Oxumağa dəyər:   Bakıda evdə yanğın olub

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Hadisə 27/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Hadisə 27/01/2023 15:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.

Oxumağa dəyər:   Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə qida və içki ixrac edə bilər

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Multimedia 27/01/2023 13:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. 

Xırdalan şəhərində yerləşən “Mormor” restoranında elektrik enerjisindən kənar istifadə halı ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.

Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.

Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.

Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.

Oxumağa dəyər:   Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb

Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.

Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.

“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.
Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Multimedia 26/01/2023 21:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də dələduzların qurbanı olub.

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirdi. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

Oxumağa dəyər:   Arif Hacılının oğlunun toyudur - Fotolar

Xezerxeber-az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Daha 34 qazi polisdə işə qəbul edildi

Multimedia 26/01/2023 15:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələdə qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ” bildirilib ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan 104 vətəndaşın müraciəti dinlənilib. Nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində V.Eyvazov Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı ilə tanış olub.

Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verib.

Sonda general-polkovnik bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Multimedia 25/01/2023 22:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.

Söhbət Badamdar-20-ci sahə yolundan gedir.

Ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib.

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür.

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Multimedia 25/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.

Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.

Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, videoçarxa diqqət edək:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərsu” xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Multimedia 25/01/2023 15:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.

Ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.

“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.

Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Maqazin 25/01/2023 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 15-də 84 yaşında dünyasını dəyişən Gürcüstanın Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidzenin illər öncə aparıcı Emin Musaviyə verdiyi müsahibə yenidən gündəmə gəlib.

Kikabidze 75 illik münasibətilə verdiyi müsahibəsində keçdiyi ömür yolu, sənəti haqda danışıb.

Azərbaycanın dostu olan görkəmli sənətkar azərbaycanlılar və Bakı haqda təqdirəlayiq fikirlər səsləndirib: “Biz bir-birimizə çox bənzəyirik. Bilirsiniz, məsələ zahiri oxşarlıqda deyil… Qonaqpərvərlik. Bu, nadir xüsusiyyətdir. Elə xalqlar var ki, onlarda ümumiyyətlə bu cəhət yoxdur. Ona görə yox ki, onlar xəsisdirlər, sadəcə yoxdur. Tanrıdan verilməyib. Mən həmişə deyirəm ki, əgər Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım. Bunu çəkiliş xatirinə demirəm. Bakıda özümü evimdəki kimi hiss edirəm”.

Daha ətraflı aşağıdakı videoda:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
Multimedia 22/01/2023 12:44

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/01/2023 18:14

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Read more
Hadisə 21/01/2023 13:53

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Read more
Multimedia 21/01/2023 12:26

Polis Akademiyası kursant qəbulu elan etdi

Read more
Multimedia 20/01/2023 22:14

Moskva prospektinin adı dəyişdiriləcək? – Video

Read more
Multimedia 20/01/2023 02:59

Prezident Davosda panel iclasında iştirak etdi – Video +

Read more
Multimedia 20/01/2023 02:50

İlhamın qardaşı: “Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi” – Video

Read more
Multimedia 19/01/2023 19:05

Prezidentin iştirakı ilə Davosda səmimi anlar – Video

Read more
Multimedia 19/01/2023 19:00

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı – Video

Read more
Multimedia 19/01/2023 18:38

Prezident Davosda panel iclasında iştirak edir – Canlı – VİDEO

Read more
Multimedia 19/01/2023 11:03

Bu MTK-ya məxsus binanın liftinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 19/01/2023 09:43

Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu – Video

Read more
Multimedia 19/01/2023 00:26

Prezidentin müsahibəsinin – Videosu

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla