Avqustun 9-da Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxs daxil olub.

Həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyi, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən şəxs Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev saxlanılıb.

İstinadlar Qafqazinfo