
Bakının Sabunçu rayonunda qadın sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Iki avtomobilin toqquşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Əhmədova Fəridə Hacıağa qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.