
Bakıda qadın qəza törədib, ölən və yaralananlar var.
“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri – 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib.