İslamabad Azərbaycan iş adamlarını pakistanlı iş adamları ilə əməkdaşlıq etməyə dəvət edir.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Bakıda Pakistan mallarının sərgisinin açılışında bildirib.

Diplomat deyib ki, bu cür tədbirin keçirilməsi ölkələr arasında iqtisadi əməkdaşlığın güclənməsinə yönəlib və gələcəkdə daha böyük sərgilərin keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, bu gün sərgidə iştirak edən pakistanlı iş adamları parça, bijuteriya, kosmetika və digər məhsullar təklif edirlər. Sərgiyə iyunun 29-da yekun vurulacaq.

İstinadlar Report