Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metronun Koroğlu stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən orta yaşlı Maarif adlı şəxsi 90-VX-189 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını avtomobilə qoyaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Hadisənin təfərrüatı araşdırılır.

İstinadlar Report