Bakıda ödəmə terminallarından oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda terminallardan 8500, Sabunçu rayonunda 800 manat oğurlandığı aşkar edilib. Əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma aparılır.

İstinadlar Qafqazinfo