Xəbər verdiyimiz kimi, dünən 1985-ci il təvəllüdlü Samir Mustafayev Bakıda nənə və bibisini amansızlıqla qətlə yetirib.  O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Media S.Mustafayevin fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:

Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.


İstinadlar Oxu.az