Səbail rayonu ərazisində narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədov Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.

Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

İstinadlar Report