
“Builders and Realtors Unity” MMC-nin və www.evelani-az saytının təsisçi və rəhbəri Dövlətov İlkin Abxan oğlu və “Buro7” MMC-nin (Memarlıq, dizayn-studio) təsisçi və rəhbəri Ələsgərova Günel Rövşən qızı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizin qalib ölkə olmağına öndərlik etməyi və yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə “Xarıbülbül – Zəfər” layihəsi hazırlanıb.
Layihədə ölkəmizin qalibiyyətinin müasir üslubda rəmzinin olması, əsasən Bakı şəhərini gəzmək məqsədi olan turistlərin və rəsmi qonaqların ölkəmizin qalibiyyətini Qənimətlər Parkı ilə yanaşı müasir üslubda Xəzər dənizinin sahildən görünən hissəsində tikilmiş bir kompleks nəzərdə tutulub.
Müasir kompleksin içində müasir üslublu muzey, restoran, seminar zalı və açıq hava müşahidə sahəsi planlaşdırılıb.
Tikinti kompleksinin sahəsi yuxarıdan baxıldıqda Qarabağ bölgəsinin xəritəsi olacaqdır.
Bölgənin ətrafında “Qarabağ Azərbaycandır!” yazısının və qalibiyyətimizin memarı Prezident İlham Əliyevin imzasının olması nəzərdə tutulub.
Tikinti kompleksi xarıbülbül formasında olacaq.