Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında kütləvi dava olub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.