Bakıda mənzildən oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
“Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb”.