Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Niyazova Zöhrə Qiyas qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo