Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Əliyev Oktay Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo