
Bu gün Heydər Əliyev Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən “Mədəniyyət və yaradıcı sənayelər forumu”nun açılışı olub.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli çıxış edib.
O, forumdan gözləntisini açıqlayıb: “Forumdan ən vacib gözləntimiz odur ki, sahənin bütün iştirakçıları ilə birlikdə bir araya gələrək problemləri müzakirə edək, gələcək çağırışlar üzərində işləyib yol xəritəsini hazırlayaq. Məqsəd odur ki, bu sahəyə aid olan bütün iştirakçılar bir araya gətirilsin, fəaliyyətləri mədəni və iqtisadi sahədə sistemləşdirilsin, faydalılığı artırılsın”.
Adil Kərimli əlavə edib ki, Azərbaycan dövləti mədəni və yaradıcı sahələrə daim diqqət göstərib, bunun üçün xüsusi dövlət siyasəti sərgiləyib.